Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xalqımıza həmrəylik yaraşır!

0

  • Salam, Azərbaycan oğlu, Salam, a qardaş, Həmrəylik bayramın mübarək olsun. Yetər təklənmişik, gəl olaq sirdaş, Həmrəylik bayramın mübarək olsun. Bu misraları xatırlamağımız əbəs deyil. Belə ki, Həmrəylik kəlməsi birləşmək istəyinin simvoludur. 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin dağıdılması ilə əsası qoyulan bu proses,uzun illər bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü-Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı-bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycan bütövləşdirməyə cəhd idi.Zaman və məkan növbəti dəfə dahi Heydər Əliyev şəxsiyyətinin nə qədər haqlı, müdrik vətənpərvər və uzaqgörən olmağına şahidlik etdi. Düşmən fitnələri qarşısında əyilməməyə, təşkilatlanması və həqiqətləri dünyaya çatdırmağa məhz Heydər Əliyev cənabları ilə başladılar. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-i tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Dünya azərbaycanlılarının təşkilatlanması prosesi, həmrəylik daim Ümummilli Liderimizin diqqətində saxlanıldı. Heydər Əliyev dühası bütün dünyada sübut etdi ki, xalq öz başçısının, dövlətinin ətrafında sıxbirləşib. 2001-ci ilin mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının 1 Qurultayı keçirildi. Həmin qurultayda Ulu Öndərin söylədiyi fikirlər bu gün də bütün azərbaycanlılar üçün aktualdır.Bu tarix hər il ölkəmizdə və dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız tərəfindən böyük həvəs və coşqu ilə qeyd edilir. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə dövlət müstəqil, suveren Azərbaycan Respublikasıdır.Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları demişdir: "Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr "Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi elan edilmişdir.Bizə Ulu Öndərdən miras qalan həmrəylik kəlməsinin qürurunu, sevincini hər birimiz Vətən kəlməsinin böyüklüyü ilə - 44 günlük savaşla yenidən yaşadıq. Birliyimiz, həmrəyliyimiz, nicatımız məhz xilasımız oldu. Vətən kəlməsinin fövqündə dayanan azərbaycançılıq məfkurəsi bu şərəfli amalla aşa bilməyəcəyimiz heç bir əngəl tanımadı. 44 günlük savaşla ən şərəfli yeni bir tarix yazdıq, bir yumruq kimi birləşərək həmrəy olduq. Vətəni sevməyi, onun uğrunda ölməyi də, Qalib xalq, Müzəffər Ali Baş Komandan, məğrur xalq kəlmələrini də, məncə, cəsur ordu, müzəffər Ali Baş Komandan və Xalq həmrəyliyi qazandırdı bizlərə. Xalqımızın həmrəyliyi, qələbə əzmi və dünya arenasında özünəməxsus yeri bizləri işıqlı gələcəyə aparır.Ülviyyə Rəhimli,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib52 dəfə
    Xalqımıza həmrəylik yaraşır!

    Maraqlı gələ bilər
    41
    30
    0